Yanvar 29, 2022

Qırğızıstan Qazaxıstandan 12 min ton buğda almaq niyyətindədir

Qırğızıstan Qazaxıstandan 12 min ton payızlıq buğda almağı planlaşdırır.

Turaz.org xəbər verir ki, Qazaxıstanın Nur-Sultan şəhərində Qırğızıstan Nazirlər Kabinetinin sədri Aqilbəy Cəfərov ilə Qazaxıstanın Baş naziri Əsgər Mamin arasında görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, Cəfərovun Nur-Sultana işgüzar səfəri çərçivəsində baş tutan görüşdə tərəflər ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər.

Beləliklə, Qazaxıstan tərəfi 1 min ton payızlıq buğdanın çatdırılmasına köməklik göstərəcək.

Bununla belə, sədr Cəfərov qeyd edib ki, respublikanın 12 min ton buğdaya ehtiyacı var və Qazaxıstan tərəfdən göstərilən həcmdə buğda almağa hazır olduğunu bildirib.

“Qırğızıstan prezidenti Sədir Cəfərov Nazirlər Kabineti qarşısında respublika əhalisini 9 növ ərzaq məhsulları ilə təmin etmək barədə tapşırıq qoyub ki, onların arasında buğda da var. Biz respublikanın ərzaq təhlükəsizliyini təmin etməli və yaxın vaxtlarda lazımi miqdarda buğda almalıyıq”, – deyə Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri bildirib.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/mn-de-herbi-attaseler-ve-beynelxalq-teskilatlarin-numayendelerinin-istiraki-ile-toplanti-kecirilib
Həmçinin bax: kafkazh.com/qarapapaqlar

Translate »