Oktyabr 2, 2022

Qırğızıstan Qırğızıstan-Səudiyyə biznes forumuna ev sahibliyi edəcək

Qırğızıstanın Səudiyyə Ərəbistanındakı səfiri Uluqbəy Marifov Səudiyyə Ərəbistanı Krallığının İnvestisiyalar Nazirinin müavini Məhəmməd Əl-Həsnah ilə görüşü zamanı ticarət-iqtisadi və investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib.

Turaz.org Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında mövcud olan və hələ də tam reallaşdırılmamış böyük ticarət-iqtisadi potensialı məmnunluqla qeyd ediblər.

Bununla əlaqədar olaraq, qarşılıqlı səfərlərin təşkili, ikitərəfli turizm və işgüzar əlaqələrin inkişaf etdirilməsi, Qırğızıstan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının özəl sektorunun nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi, habelə iki ölkə arasında birbaşa müntəzəm aviareyslərin açılmasının zəruriliyi barədə razılığa gəliblər.

Maripov xüsusilə Qırğızıstan və Səudiyyə Ərəbistanlı iş adamlarının iştirakı ilə 2022-ci ilin sonuna qədər Qırğızıstanda keçirilməsi planlaşdırılan növbəti Qırğızıstan-Səudiyyə biznes forumunun hazırlanıb yüksək səviyyədə keçirilməsinin zəruriliyini vurğulayıb. Səfir iki ölkə arasında Biznes Şurasının yaradılmasını və qarşıdan gələn biznes forum çərçivəsində ilk iclasının keçirilməsini də təklif edib.

Öz növbəsində, Əl-Həsnah Qırğızıstan-Səudiyyə münasibətlərinin inkişafını yüksək qiymətləndirərək, əlaqələrin daha da intensivləşdirilməsinə və Qırğız Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə çağırıb. O, iki dövlətin sahibkarları və iş adamları arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş qarşıdan gələn tədbirlərin hazırlanmasında və keçirilməsində Səfirliyə hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib.

Görüşün yekunları üzrə tərəflər sərmayə qoyuluşu sahəsində ikitərəfli müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, eləcə də müntəzəm olaraq birbaşa əlaqələrin davam etdirilməsi istiqamətində gərgin işləri davam etdirmək barədə razılığa gəliblər.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/hokumet-uc-illik-budce-layihesini-tesdiqleyib
Həmçinin bax: kafkazh.com/azerbaycan-ssr-de-korenizasiya-siyaseti-l-hisse

Translate »