Noyabr 28, 2021

Qırğızıstan Rusiyaya nota verib  

Qırğız Respublikası Rusiya Federasiyasına nota verib.

Turaz.org TASS-a istinadən xəbər verir ki, etiraz notasını Rusiya Xarici İşlər Nazirliyinə Qırğız Respublikasnın Moskvadakı səfiri təqdim edib.

Bildirilib ki, notaya səbəb rus polisinin Qırğız Respublikasının vətəndaşına qarşı fiziki güc tətbiq etməsi olub.

Qırğız Respublikasının diplomatları qeyd ediblər ki, sosial şəbəkələrdə “Rusiya polisinin respublika vətəndaşına qarşı fiziki güc tətbiq etdiyini əks etdirən video yayılıb. Hadisənin noyabrın 2-də baş verdiyi məlum olub.

Qeyd olunub ki, 21 yaşlı Qırğız Respublikasının vətəndaşının şəxsiyyəti müəyyən edilib.

Diplomatik nümayəndəlik Rusiya tərəfinin hadisənin obyektiv və hərtərəfli araşdırılmasını təmin edəcəyinə və polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət veriləcəyinə inandığını bildirib.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/yaponiya-hokumeti-sadiq-sefiyevi-imperator-ordeni-ile-teltif-edib/

Translate »