Noyabr 29, 2022

Qırğızıstan səfiri Britaniya Böyük Britaniya İcmalar palatasının sözçüsü ilə görüşüb

Parlamentlərarası əlaqələrin gücləndirilməsi kimi Qırğızıstanın Birləşmiş Krallıqdakı səfiri Ulan Cusupov Londonda Britaniya Böyük Britaniya İcmalar palatasının sözçüsü cənab Lindsey Hoyle ilə görüşüb. Bu barədə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

 

Turaz.org əldə etdiyi məlumata istinadən bildirir ki, dostluq abu-havası və qarşılıqlı anlaşma muhitində keçən görüş zamanı tərəflər Qırğızıstan Respublikası və Böyük Britaniya ilə diplomatic əlaqələrin qurulmasının 30 illiyini qeyd edib və ikitərəfli əmkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda Hoyle Qırğızıstan Respublikası və Birləşmiş Krallıq arasında ticarət və iqtisadi əməkdaşlıq potensialını vurğulayıb.

Görüş zamanı Cusupov İcmalar Palatasının sədrinə Joqorku Keneşin sədri Nurlanbəy Şakievin məktubunu çatdırıb. İki parlament və parlament dostluq qrupları arasında sıx əməkdaşlığa maraq ifadə olunub.

İki ölkənin parlamentləri arasında qarşılıqlı səfərlərin və parlament fəaliyyəti ilə bağlı təcrübə mübadiləsinin intensivləşdirilməsinə dair razılıq əldə olunub.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/xin-xarici-liderler-qazaxistan-prezidentinin-andicme-merasiminde-istirak-etmeyecek/

Translate »