Qırğızıstanın Tacikistandakı səfiri Erlan Abdıllayev Düşənbə şəhərində Tacikistanın Daxili İşlər naziri Ramazon Raximzoda ilə görüşüb.
Turaz.org xəbər verir ki, görüş zamanı tərəflər miqrasiya vəh üquq-mühafizə sahələri də daxil olmaqla, Qırğızıstan –Tacikistan qarşılıqlı əməkdaşlığın əsas aspektləri barədə fikir mübadiləsi ediblər.
Tərəflər Qırğızıstan və Tacikistan hüquq mühafizə orqanları arasında sıx əməkdaşlığın dəstəklənməsinin vacibliyini qeyd ediblər, belə ki bu regionda təhlükələrin və çətinliklırin zaman-zaman qarşısının alınmasında, eləcə də hər iki ölkənin sərhəd bölgələrində təhlükəsizliyin və sabitliyin təmin edilməsində müsbət təsir göstərəcək.
Nazir Əfqanıstanın şimalında fəaliyyət göstərən beynəlxalq terror təşkilatları tərəfindən təhlükənin qaldığını vurğulayaraq, bu istiqamətdə vəziyyətin gərginləşməsinin qarşısının alınması üçün, o cümlədən regional təşkilatlar çərçivəsində birgə səylərin zəruriliyinə diqqət çəkib.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Son Xəbərlər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi