Mart 21, 2023

Qırğızıstan səfiri və Fransa prezidentinin müşaviri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Qırğızıstanın Fransadakı səfiri Sadıq Şer-Niyaz Elysee sarayında Fransa prezidentinin diplomatik müşaviri İsabelle Dumont ilə görüşüb, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

 

Turaz.org bildirir ki, görüş zamanı Qırğızıstan və Fransa arasındakı ikitərəfli əməkdaşlığın bir sıra məsələləri dostluq və konstruktiv şəraitdə müzakirə ediblər. Eyni zamanda iki ölkə arasında siyasi, ticarət, iqtisadi , investesiya, elmi və mədəni qarşılıqlı əlaqələrin cari vəziyyəti və daha da inkişaf etdirilməsinə diqqət edilib.2023-cu ildə ən yüksək səviyyədə qarşılıqlı səfərlərin təşkil edilərək siyasi dialoqu genişləndirmək qarşılıqlı niyyəti təsdiqləndi.

Səfir bu il Parisdə Qırğızıstan və Fransa sahibkarlarının ilk biznes forumunun təşkili və hüquqi bazanın genişləndirilməsi yolu ilə ticarət-iqtisadi, mədəni və investisiya əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkib.

Fransa şirkətlərinin Qırğızıstanda iqtisadi layihələrin həyata keçirilməsində iştirakı xüsusilə Qırğızıstan Respublikası iqtisadiyyatının enerji sektorunun inkişafı baxımından müsbət qiymətləndirilib və ölkədə avropalı sahibkarlar və investorlar üçün yaradılan əlverişli şərait nəzərə alınmaqla bu istiqamətdə işlərin gücləndirilməsi təklif olunub.

Görüşdən sonra tərəflər Qırğızıstan Respublikası ilə Fransa arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün birgə səyləri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/sedir-ceferov-qirgizistan-qardas-ozbekistanla-emekdasligin-inkisafina-xususi-onem-verir/

Translate »