İyun 11, 2023
Qırğızıstan XİN

Qırğızıstan səfirliyi Rusiyada qismən səfərbərliyə görə vətəndaşlarına müraciət edib

Qırğızıstanın Rusiyadakı səfirliyi Rusiya Federasiyasında qismən hərbi səfərbərliyə görə Qırğızıstan xalqına müraciət edib.

Turaz.org bildirir ki xarici işçilərin Rusiya Federasiyasını təcili tərk etmələri ilə bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılan məlumatla əlaqədar Qırğızıstanın Rusiyadakı səfirliyi bildirir:
“Rusiya Federasiyasında qismən hərbi səfərbərlik yalnız Rusiya Federasiyasının vətəndaşlarına aiddir. Qırğızıstan Respublikasının vətəndaşları Rusiya Federasiyasının mqrasiya qnunlarının tələblərinə uyğun olaraq Rusiya Federasiyası ərazisində qalmağa davam edə bilər. Səfirlik Qırğızıstan xalqını müxtəlif provokasiyalara uymamağa, Rusiya Federasiyası ərazisində qaldığı müddətdə qeyri-rəsmi məlumatdan istifadə etməməyə, eləcə də icazəsiz kütləvi yerlərə toplaşmamağa çağırır.”
Müxbir:Aytac Cəfərova
Tərcümə etdi:Nigar Yusubova

Translate »