Sentyabr 30, 2022
Qırğızıstan Tacikistan məsələsi

Qırğızıstan Sərhəd Xidməti- Tacikistan xaincəsinə Batken vilayətinə hücumlar edir

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib ki, bütün daha öncə əldə edilmiş razılaşmaları pozaraq Tacikistan tərəfi Qırğızıstanın Batken vilayətində Qırğızıstan-Tacikistan dövlət sərhədinin bütün perimetri boyunca sərhəd və mülki obyektlərə xaincəsinə hücum edib.

Turaz.org bildirir ki, Qırğızıstan Respublikasının Sərhəd Xİdməti sərhədin Qırğızıstan-Tacikistan hissəsindəki vəziyyətin inkişafından olduqca narahat olduqlarını bildirir və dövlət sərhədində provokasiyaların artdığını, Tacikistanın sərhəd qoşunlarında xidmət etmədiyi halda silahlı toqquşmalarda insanların fəal iştirakının artdığını, Qırğızıstan Respublikasının vətəndaş və hərbi heyətinə qarşı dözümsüzlüyə yönəlmiş propaqandaların artdığını qeyd edir.

Bütün bunlar dövlət sərhədində vəziyyəti stabilləşdirməyə yönəlmiş razılaşmaların açıq-aşkar pozulmasıdır və Tacikistanın səlahiyyətli şəxslərinin vəziyyətə nəzarət edə bilmədiyinin göstəricisidir, belə ki, onlar həm insan tələfatına, həm də hər iki ölkənin mülki infrastrukturunun zədələnməsinə səbəb olan silahlı toqquşmaların genişlənməsinə töhfə verirlər.
Qırğızıstan Respublikası Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Tacikistan tərəfini atəşi dayandırmağa və silahlı münaqişənin deeskalasiyasına, birgə mühafizə olunan sərhəddə sülh və sabitliyin qorunmasına bütün səyləri yönəltməyə çağırır.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »