Oktyabr 2, 2022
Qırğızıstan Tacikistan sərhəddində insident

Qırğızıstan-Tacikistan dövlət sərhədində insident baş verib

Qırğızıstan Dövlət Xidməti  Qırğızıstan-Tacikistan dövlət sərhədində silahdan istifadə ilə insident baş verdiyini açıqlayıb.

Turaz.org xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin Sərhəd Dəstəsi Batken vilayətinin Bulaq-Başı ərazisində xidmət keçərkən, tərəflər arasında əvvəllər bağlanmış müqavilələri pozaraq, dövlət sərhədinin müəyyən edilməmiş hissəsində döyüş mövqelərini tutan Tacikistan sərhədçilərini aşkar edib.

Qırğızıstan tərəfinin ərazini tərk etmək barədə birbaşa tələblərinə məhəl qoymayan tacik sərhədçiləri atəş açıb. Buna cavab olaraq Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhədçiləri də silahdan istifadə ediblər. Qırğızıstan Sərhəd Xidməti bildirib ki, sərhəd dəstələri arasında atışma başlayıb və bu zaman Tacikistan tərəfi minaatanlardan istifadə edib.

14 sentyabr 2022-ci il saat 09:30-a olan məlumata görə, atışma fasilələrlə başlayıb və bitib. İlkin məlumatlara görə, Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb. Batken sərhəd dəstəsinin rəisi hadisə yerinə yola düşüb.

Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin Batken regional idarəsinin rəisi, polkovnik Qyilbəy Tolonbayevlə Tacikistan MTN-in Soqd regional idarəsinin rəisi general-mayor X. Pirakzoda münaqişənin gərginləşməsinin qarşısını almaq üçün telefon danışığı olub.
Tərəflər görüş planlaşdırır.
Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti vəziyyəti sabitləşdirmək üçün bütün tədbirləri görür. Müxbir:Aytac Cəfərova
Tərcümə:Günay Xankişiyeva

Translate »