Oktyabr 4, 2022
Tacikistan Qırğzıstan gərgin vəziyyət

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır

Sentyabrın 19-u səhər saat 11:20-yə olan məlumata görə, Qırğızıstan-Tacikistan dövlət sərhədinin Oş vilayətinin Çonq-Alay rayonu və Batken vilayətində yerləşən hissəsində vəziyyət gərgin olaraq qalır. Bu barədə bazar ertəsi Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Turaz.org xəbər verir ki, sentyabrın 18-dən 19-a keçən gecə sakit keçib və atəşkəsə riayət edilib. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin Qırğızıstan-Tacikistan sərhədində yerləşdirilmiş qoşunları daha ciddi rejime keçir.
Qırğızıstan-Tacikistan sərhədində münaqişələr sentyabr ayının 14-də başlamışdır.
Tacikistan Batken vilayətində dövlət sərhədinin perimetri boyunca Qırğızıstanın sərhəd mühafizəsi və mülki infrastruktur obyektlərinə hücum edib. Tacikistan Qırğızıstan Respublikasının ərazisini zəbt etmək üçün ağır zirehli maşınlardan, çox lüləli roket sistemindən və təyyarələrdən istifadı edib.
Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, tacik hərbçiləri zastavaların infrastrukturunu, həmçinin məktəbləri, uşaq bağçalarını, ticarət obyektlərini, təcili tibbi yardım məntəqələrini və evləri dağıdıblar. Onlar millətçi şüarlar səsləndirərək küfr nümayiş etdirərək postda həlak olan Qırğızıstan Respublikasının sərhədçilərinin cəsədlərini ələ salıblar. Batken vilayətində fövqaladə rejim elan edilib.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »