Oktyabr 3, 2022
Qırğızıstan Tacikistan sərhəddi

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət nisbətən sabitdir

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətindən əldə etdiyimiz məlumata istinadən səhər saat 8-dən etibarən Qırğızıstan-Tacikistan sərhədində vəziiyyət nisnətən sabit olaraq müəyyən edilib.

Turaz.org bildirir ki, gecə sakit keçib, yeni hadisə qeydə alınmayıb. Daha öncə razılığa gəlinmiş müqavilələrə istinadən, gecə boyunca tərəflər daimi dislokasiya məntəqələrindən əlavə qüvvələrin və texnikaların çıxarılmasını yekunlaşdırıb, hüquq-mühafizə orqanları sərhəd zonalarında birgə patrul xidməti həyata keçirib.
Sərhəd xidməti Batken vilayətində dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyəti stabilləşdirmək üşün tədbirlər görməyə davam edir.
Bugün Bulak-Başı vilayətində vilayətində dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində sərhəd xidmətçiləri arasında münaqişə baş verib. Qırğızıstan Respublikası Sərdə Xİdmətində əldə edilən məlumata istinadən Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidmətinin bir dəstəsi Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunları dəstəsini aşkar edib və bu daha öncə tərəflərin əldə etdiyi razılaşmaların pozulması kimi qeydə alınıb. Belə ki, dövlət sərhədinin məlum olmayan hissəsində toqquşma ilə nəticələnib. Qırğızıstan tərəfinin qanuni ərazini tərk etmək tələblərinə məhəl qoymayan Tacikistan atəş açmağa davam edib. Buna cavab olaraq Qırğızıstan sərhədçiləri də silahdan istifadə ediblər. Sərhəd dəstələri arasında atışma zamanı Tacikistan tərəfi minaatanlardan istifadə edib.
Sonra Tacikistan sərhəd dəstələri Batken vilayətinin Kak-Sai ərazisində yerləşən Dostuk zastavasından atəş açıb. Saat 2:40 radələrin atəş açmağı dayandırıblar. Lakin saat 15:08-də Batken vilayətinin Paski-Arık ərazisində Tacikistan sərhədçiləri Batken sərhəd dəstəsinin Səmərqəndək zastavasının sərhədçilərinə yenidən atəş açıblar. Qırğızıstan sərhədçiləri cavab atəşi açıblar. Daha sonra Səmərqəndək zastavasında atışma dayandı.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »