Sentyabr 30, 2022
Səudiyyə Ərəbistan və Qırğızıstan münasibətləri

Qırğızıstan və Səudiyyə Ərəbistanı iqtisadi və investiya əlaqələri qurmaq barədə razılığa gəliblər

“Körfəz Əməkdaşlıq Şurası+ Mərkəzi Asiya” strateji dialoq çərçivəsində Qırğızıstan Xarici İşlər naziri Jeenbek Kulubayev və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Şahzadə Faysal bin Fərhan Al Səud üçün görüş təşkil edilib.

Turaz.org xəbər verir ki, Qırğızıstan Respublikasının Xarici İşlər nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata istinadən bildirir ki, yüksək səviyyəli qarşılıqlı əlaqələrdən razılıqlarını qeyd edərək tərəflər bu əlaqələri daha da inkişaf etdirmək və ən yüksək səviyyədə qarşılıqlı səfərlər təşkil edərək siyasi dialoqu gücləndirmək üçün gələcək addımlar barədə fikir mübadiləsi aparıblar.
Şahzadə Faysal al-Saud bildirib ki, yaxın gələcəkdə Qırğızıstan Respublikasının prezidenti Sədir Cəfərovun Səudiyyə Ərəbistanına rəsmi səfərlərinin dəqiq tarixi barədə məlumat verəcək.
Eyni zamanda, tərəflər Bişkekdə Qırğız-Səudi biznes forumu kecirmək, biznes şurası təşkil etmək, iki ölkə arasında müntəzəm birbaşa uçuşları açmaq və vətəndaşların Qırğızıstan Respublikasından Səudiyyə Ərəbistanı Krallığına daxil olmaq üçün viza tələblərini sadələşdirmək kimi məsələlər də daxil olmaqla, birgə ticarət, iqtisadi və invesitesiya əlaqələri qurmaqla bağlı razılığıa gəliblər.
Kulubayev hökümətlərarası komissiyanın növbəti görüşü Qırğızıstan Respublikasında investesiya layihələri həyata keçirilməsi də daxil olmaqla, iqtisadiyyat, turizm, loqistika və digər sahələrdə qarşılıqlı əlaqələrə təkan verəcəyini vurğulayıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər naziri bildirib ki, ölkə iki xalqın mədəniyyətini tanıtmaq məqsədi olan Bişkekdə Səudiyyə Ərəbistanının mədəniyyət mərkəzi layihəsinin inşası üzərində işləyir.
Nəticə olaraq tərəflər gündəlikdə olan bütün mühüm məsələləri həyata keçirməyə razılaşıblar.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »