Dekabr 8, 2021

Qırğızıstan və  Avropa Birliyi tarixində ilk Tvinninq proqramına start verdi

Turaz.org xəbər verir ki, Qırğızıstanın Rəqəmsal İnkişaf naziri Dastan Doqoyev, Avropa Birliyini icraçı vitse-prezidenti Valdis Dombrovskis və Estoniya Xarici İşlər Nazirliyinin baş direktoru Yuri Seilenthal Qırğızıstan tarixində ilk Tvinninq proqramını (Qırğızıstan Respublikasında rəqəmsallaşma gündəliyinə dəstək) həyata keçiriblər.

Proqramın açılışı sabah Bişkekdə keçiriləcək.
Proqram elektron hökumət vasitəsilə şəffaflığın və hesabatlılığın təşviqində Qırğızıstan hökumətini dəstəkləyir və Qırğızıstan Respublikası ilə Avropa Birliyinə üzv olan dövlətlərin – Estoniya, Finlandiya və İtaliyanın konsorsiumu arasında bərabərhüquqlu əməkdaşlığın unikal formatının bir hissəsi kimi həyata keçirilir.

Qırğızıstanın rəqəmsal inkişaf naziri bildirib ki, proqram davamlı rəqəmsal inkişaf sahəsində bilik, təcrübə və texnologiyaların mübadiləsi üçün yeni formatı nəzərdə tutur.

“Proqram çərçivəsində biz üç istiqamət müəyyən etmişik ki, bu sahədə çoxlu iş nəzərdə tutulur, o cümlədən dövlət və bələdiyyə işçilərinin potensialının artırılması, dövlət və bələdiyyə xidmətlərinin rəqəmsallaşdırılması və kibertəhlükəsizlik buna aiddir.

Eyni zamanda, Dombrovskis qeyd edib ki, Tvinninq Avropa Birliyinə üzv ölkələrin təcrübəsindən yararlanmağa imkan verən tərəfdaş ölkələrin administrasiyasına dəstək vasitəsidir.

“Bu, Avropa Birliyinin gücünü artırdığı “Avropa komandası” yanaşmasının yaxşı nümunəsidir. Bu Tvinninq proqramında iştirak edən üç Üzv Dövlət – Estoniya, Finlandiya və İtaliya rəqəmsal sektorda nou-haunun tamamlayıcı formalarını gətirəcəklər. Tərəfdaşlar arası mübadilə aləti kimi tvinninq beynəlxalq tərəfdaşlıq dedikdə nəzərdə tutduqlarımızı təcəssüm etdirir: əməkdaşlıqda işləmək və bir-birimizdən öyrənmək”.

Avropa Birliyinin vitse-prezidenti həmçinin qeyd edib ki, Qırğızıstan hökumətinin iddialı rəqəmsal strategiyası mürəkkəb rəqəmsal transformasiyanın dəstəklənməsinə yönəlmiş bir çox mühüm elementləri ehtiva edir.
“Bunlara şəffaf və hesabatlı elektron xidmətlər və kibertəhlükəsizlik daxildir. Təkmilləşdirilmiş rəqəmsal mühit yeni iş yerləri və təhsil imkanları yarada, idarəetməni təkmilləşdirə və gənclərə, xüsusən də qadınları gələcəyin iqtisadiyyatından bəhrələnmək üçün dəstəkləyə bilər. Beləliklə, Qırğızıstan hökumətinin rəqəmsal strategiyası ötən il qəbul edilmiş rəqəmsallaşma proqramımız vasitəsilə Avropa Komitəsi tərəfindən dəstəklənir. Bu, bu Tvinninq əməliyyatının bu gün işə salınması üçün əsas yaradır”, – deyə Dombrovskis izah edib.

Tvinninq proqramı 2023-cü ilə qədər nəzərdə tutulub, Avropa Birliyinin ilkin töhfəsi 2 milyon avro təşkil edib.

Proqramın məqsədi elektron hökumətin inkişafını idarə etmək və istiqamətləndirmək, idarəetmənin şəffaflığını və hesabatlılığını təkmilləşdirmək üçün milli orqanların potensialını artırmaqdır. Əsas hədəf qrupu hökumət, gənclər, şəhər və kənd əhalisidir.

Tərcümə edən: Nəzrin Məmmədova

Həmçinin bax: https://turaz.org/mirziyoyev-ozbekistan-qirgizistan-inkisaf-fondunun-yaradilmasi-haqqinda-sazisi-tesdiqleyib/

Translate »