Yanvar 26, 2022

Qırğızıstan və Cənubi Koreya müxtəlif sahələrdə bir sıra birgə layihələri nəzərdən keçirəcək

Çərşənbə axşamı Tacikistanın paytaxtı Düşənbədə Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın xarici işlər nazirləri səviyyəsində 14-cü Mərkəzi Asiya-Koreya Respublikası Əməkdaşlıq Forumu keçirilib.

Turaz.org xəbər verir ki, Qırğızıstanın ölkənin nazirlik və idarələrinin nümayəndələrindən ibarət nümayəndə heyətinə xarici işlər naziri Ruslan Kazakbayev başçılıq edib.

Nazir respublikadakı mövcud daxili siyasi vəziyyət, xüsusən 2021-ci ilin mayında Qırğız Respublikasının yeni Konstitusiyası qüvvəyə mindikdən sonra keçirilən ilk parlament seçkiləri barədə məlumat verib.

Kazakbayev bildirib ki, 50-dən çox ölkədən seçkiləri 14 seçki və 20 beynəlxalq təşkilatı, o cümlədən ŞƏT, KTMT, MDB, TürkPA, həmçinin ATƏT/DTİHB beynəlxalq missiyasını təmsil edən 735 beynəlxalq müşahidəçi müşahidə edib.

“Beynəlxalq müşahidəçilər Qırğızıstan Respublikasının Joqorku Keneşinə seçkilərin təşkilini müsbət qiymətləndiriblər”,-deyə məlumatda qeyd edilir.

Nazir həmçinin tərəfləri səhiyyə, ətraf mühit, hidroenergetika və rəqəmsallaşma sahələrində birgə layihələr həyata keçirməyə çağırıb.

Hazırda Qırğızıstan hökumətinin əsas diqqəti dövlət inkişafının rəqəmsal əsaslarını təşviq etməkdən ibarətdir. Qırğızıstan KOICA-nın iştirakı ilə həyata keçirilən “Tunduk” vahid sistemi vasitəsilə seçki sisteminin rəqəmsallaşdırılması, dövlət qurumlarının inteqrasiyası və qarşılıqlı fəaliyyətində artıq müəyyən uğurlar əldə edib.

Bununla bağlı Kazakbayev Koreya ilə bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/budapest-meri-atletika-uzre-dunya-cempionatina-veto-qoymayacaq
Həmçinin bax: kafkazh.com/azerbaycan-atabeyler-dovletinde-sikke-zerbi-ve-pul-tedavulu

Translate »