Sentyabr 28, 2022
Qırğızıstan və Çin görüş

Qırğızıstan və Çin dövlət başçılarının Səmərqənddəki görüşündə bir sıra sənədlər qəbul edilib

Qırğızıstan prezidenti Sədir Cəfərov Səmərqənddə keçiriləm ŞƏT Zirvə Toplantısının çərçivəsində Çin prezidenti Xi Jinpinqlə danışıqlar həyata keçirib.

Turaz.org xəbər verir ki, Qırğızıstan və Çin dövlət başçılarının ikitərəfli görüşünü nəticəsi olaraq aşağıdakı sənədlər imzalanıb:
-Çin Xalq Respublikası hökümətinin qrant maliyyə vəsaiti hesabına Qırğızıstan Respublikası Nazirlər Kabinetinin yanğın və xilasetmə avadanlığı ilə təmin edilməsi layihəsinin həyata keçirilməsinə dair saziş;
-Çin Xalq Respublikası hökümətinin qrant maliyyə vəsaiti hesabına Qırğızıstan Respublikası Nazirlər Kabinetinin mobil xəstəxanalarla təmin edilməsi layihəsinin həyata keçirilməsinə dair saziş;
– Qırğızıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi arasında Qırğızıstandan Çinə ixrac edilən qarğıdalıya qarşı fitosanitar tələblərə dair Protokol;
– Qırğızıstan Respublikasının Nazirlər Kabineti və Çin Xalq Respublikası hökuməti arasında “Qırğızıstan Respublikasının suvarma sisteminin yenidən qurulması” No 1 layihəsinin sertifikatının qəbul aktı.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »