Noyabr 29, 2022
qırğızıstan

Qırğızıstan və Fransa əməkdaşlıq çərçivəsində birgə fəaliyyət barədə razılığıa gəliblər.

Qırğızıstan Respublikası Xarici İşlər nazirliyi bildirir ki, oktyabr ayının 12-də Qırğızıstanın Fransadakı səfiri cənab Sadıq Şer-Niyaz senator, Fransa Senatında Fransa-Mərkəzi Asiya Dostluq Qrupunun sədri cənab Herve Morey ilə görüşündə Qırğızıstan-Fransa əlaqələrinin güclənməsindən məmnun olduqlarını qeyd ediblər.

Turaz.org xəbər verir ki, Şer Niyaz yeni konstitusiyanın qəbulu, yeni hökümət formasının təqdimatı, eləcə də yeni seçki sistemini vurğulayaraq Qırğızıstanda baş verən vacib siyasi dəyişikliklərdən danışıb.
“Eyni zamanda ikitərəfli əməkdaşlığın inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rolunu nəzərə alaraq tərəflər 2023-cü ildə iki ölkənin parlamentariləri arasında səfər mübadiləsi aparmaq niyyətlərini təsdiqləyiblər. Həmçinin Fransa Senatına Qırğızıstan Respublikasının Joqorku Keneşinin nümayəndələrinin tanışlıq səfərinin təşkili, eləcə də Qırğızıstan Respublikası və Fransa Respublikasının diplomatik əlaqələrinin qurulmasının 30 illik yubileyi münasibəti ilə birgə tədbirlərin görülməsi barədə razılaşmalar əldə edilib.” Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi bildirib.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »