Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Qırğızıstanın xarici işlər naziri Cinbek Qulubayev Maldiv adalarının xarici işlər naziri Abdulla Şahid ilə görüşüb.
Turaz.org bildirir ki, vizasız rejimin coğrafiyasını genişləndirmək məqsədilə görüş çərçivəsində Qırğızıstan Nazirlər Kabineti ilə Maldiv Respublikası Hökuməti arasında viza tələblərinin qarşılıqlı ləğvinə dair sazişin imzalanması mərasimi keçirilib.
Saziş Qırğızıstan Respublikası və Maldiv Respublikası dövlətlərinin ərazisinə giriş, çıxış, tranzit və müvəqqəti qalma üçün ümumi mülki pasportlara, habelə diplomatik və xidməti/rəsmi pasportlara malik vətəndaşlar üçün 30 (otuz) günə qədər vizasız rejimi nəzərdə tutur. Görüşün sonunda tərəflər iki ölkə arasında dostluq münasibətlərinin və hərtərəfli qarşılıqlı fəaliyyətin inkişafına kömək etmək niyyətlərini bildiriblər.
Son Xəbərlər
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”
Çində soyuducu anbarda baş verən yanğında 11 nəfər ölüb