May 23, 2022

Qırğızıstan və Özbəkistan gəncləri arasında təcrübə mübadiləsi keçirilib.

 

Açılış mərasimində Oş şəhərinin vitse-meri Cəsur Əzimov, Yerli Özünüidarəetmə və Millətlərarası Münasibətlər üzrə Dövlət Agentliyinin, Oş şəhəri meriyasının Gənclərlə İş üzrə Komitəsinin nümayəndələri, Gənclərlə İş, Bədən Tərbiyəsi və Dövlət Agentliyinin nümayəndələri, Özbəkistan QHT Milli Assosiasiyası, Özbəkistan Könüllülər Assosiasiyası, hər iki dövlətin vətəndaş cəmiyyəti, həmçinin YoşSan və JaşStan layihələrinin gənc fəalları iştirak ediblər. Turaz.org xəbər verir ki, liderlik Akademiyasının üç günlük təlimi çərçivəsində iştirakçılar iki ölkənin gənclər siyasətinin konsepsiyası, qadın liderliyinin əhəmiyyətini müzakirə edib, bloqqerlərin sosial şəbəkələrdə dərslərində və sağlamlıq mövzusunda interaktiv sessiyada iştirak edib, idman, emosional intellekt, öz icmalarında sülh quruculuğu, vətəndaş fəallığı üzrə təcrübə mübadiləsi aparıblar, həmçinin iki ölkə gənclərinin yerli hakimiyyət orqanları ilə səmərəli qarşılıqlı əlaqəsi, Qırğızıstan və Özbəkistan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün könüllülər kampaniyasına başlayıblar.

Liderlik Akademiyası Özbəkistanda 24 aylıq “YoşSan” layihəsinin “Yerli səviyyədə qərarların qəbulu prosesinə gənclərin cəlb edilməsi” mövzusunda yekun tədbiridir və məqsədi gənclərin vətəndaş cəmiyyəti təşkilatları ilə yerli hakimiyyət orqanları arasında əməkdaşlığı gücləndirməkdir. Eynilə, 2017-2020-ci illərdə BMT-nin Sülh Quruculuğu Fondunun dəstəyi ilə Qırğızıstanda fəal liderlər və sülhməramlılar kimi münaqişəli icmalarda risk altında olan gəncləri dəstəkləmək üçün “JaşStan” gənclərin səlahiyyətləndirilməsi layihəsi həyata keçirilib.

Tərcüməçi : Həmidə İskəndərova

Həmçinin bax :https://turaz.org/qirgizistan-ozbekistana-yeni-sefir-teyin-edib/

Translate »