Sentyabr 28, 2022

Qırğızıstan və Özbəkistan qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri müzakirə ediblər

Qırğızıstan Respublikası Xarici İşlər nazirliyinin mətbuat xidmətinin bildirir ki, Qırğızıstan və Özbəkistan qarşılıqlı əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər.

 

Turaz.org xəbər verir ki, Qırğızıstanın Özbəkistandakı səfiri Musa Camanbayev avqust ayının 30-da beynəlxalq, xarici iqtisadi əlaqələr, xarici investesiyalar və turizm üzrə Senatın sədri i Ravşanbek Alimov ilə görüşüb.

Danışıqlar zamanı məmnuniyyətlə qeyd edilib ki, cari illər ərzində Qırğızıstan və Özbəkistan arasında ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib. Xarici İşlər nazirliyi bildirir ki, 2021-ci ildə Qırğızıstan prezidenti Sədir CəfərovunÖzbəkistana səfəri iki ölkə arasında geniş miqyaslı əməkdaşlığın başlanması üçün möhkəm təməl yaradıb.

Əlavə olaraq Qırğızıstan-Özbəkistan əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri, Özbəkistan dövlət başçısının Qırğızıstana növbəti səfəri, ikitərəfli parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də çoxtərəfli parlament strukturları çərçivəsində qarşılıqlı fəaliyyətləri də müzakirə edilib.

Səfir Camanbayev qeyd edib ki, Səfir Camanbayev qarşılıqlı fəaliyyətin bütün səviyyələrində iki ölkənin parlamentləri arasında fəal təmasların davam etdirilməsinə və Qırğızıstan və Özbəkistan parlamentləri rəhbərlərinin rəsmi səfərlərinin mübadiləsinin davam etdirilməsinə böyük marağ var

Tərəflər Qırğızıstan Respublikasının Joqorku Keneşi və Özbəkistan Respublikasının Ali Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın növbəti iclasının səmərəli fəaliyyəti, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə sazişlərin praktiki icrasının ən yüksək səviyyədə təmin edilməsində, o cümlədən birbaşa regionlararası əlaqələrin aktivləşdirilməsində iki ölkənin parlamentlərinin beynəlxalq münasibətlər komitələrinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi, eləcə də sərhədyanı rayonların yerli şuralarının deputatları arasında səmərəli əlaqələrin vacibliyini qeyd ediblər.

Tərəflərin qarşılıqlı faydalı əməkdaşlığın prioritet istiqamətlərinin təşviqinə, o cümlədən Özbəkistan-Qırğızıstan İnkişaf Fondu tərəfindən müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinə, Kambarata-1 Su Elektrik Stansiyasının və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun birgə tikintisinə, eləcə də iki ölkə arasında sənaye əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetiriblər.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/litva-mixail-qorbacova-qarsi-cinayet-isine-xitam-verib/

Translate »