Sentyabr 30, 2022

Qırğızıstan və Pakistan tibb məktəblərinin qara siyahıdan çıxarılmasını müzakirə ediblər

Pakistana işgüzar səfəri çərçivəsində Qırğızıstanın Təhsil və Elm naziri Almazbəy Bəyşənəliyev Pakistan Tibbi Komissiyasının sədri Ərşad Tağı ilə görüşüb.

Turaz.org xəbər verir ki, danışıqlar nəticəsində tərəflər Qırğızıstandakı tibb məktəbləri məsələsini həll ediblər.

Qeyd edək ki, Oktyabr ayının sonunda Pakistan Qırğızıstandakı bütün tibb məktəblərini qara siyahıya salmışdı və vətəndaşlarına bu məktəblərə yazılmamalarını tövsiyə etmişdi. Səbəbi Qırğızıstan Respublikasındakı universitetlərdən Pakistanlı məzunların 90 %-nin Pakistan Tibb Komissiyasında məcburi imtahandan keçə bilməməsi və diplomlarının tanınmaması idi. Pakistan tərəfinin dörd Qırğızıstan tibb məktəbini qara siyahıdan çıxardığı sonradan məlum olub.

Tərcüməçi: Şirinzadə Aliyə
Həmçinin bax: turaz.org/manas-companinin-kecmis-prezidenti-ev-dustaqligina-buraxilib/
Həmçinin bax: tehsilim.org/2021-ci-il-fevralin-21-de-pesekar-muhasib-sertifikati-almaq-isteyen-namizedler-ucun-sinaq-imtahani-kecirilib/

Translate »