Yanvar 26, 2022

Qırğızıstan və Qazaxıstan sənaye ticarəti və logistika kompleksi yaratmağı planlaşdırır

Qırğızıstan və Qazaxıstan Qırğızıstan Respublikası ərazisində sənaye ticarəti və logistika kompleksi yaratmağı planlaşdırır.

Turaz.org xəbər verir ki Qırğızıstan Nazirlər Kabinetinin sədri Aqilbəy Cəfərov çərşənbə axşamı Nur-Sultana işgüzar səfəri çərçivəsində Qazaxıstanın Baş naziri Əsgər Mamin ilə görüşüb, ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən çərşənbə günü bildiriblər ki, “Tərəflər Qırğızıstan Respublikası ərazisində topdansatış paylama mərkəzlərinin yaradılması və fəaliyyəti, habelə 2022-ci ilin fevral ayında istifadəyə verilməsi planlaşdırılan Ak-Tilek və Qarasu keçid məntəqələri ərazisində sənaye ticarət və logistika kompleksi, ticarət mərkəzlərinin yaradılması və fəaliyyəti ilə bağlı birgə tədbirlər planını ətraflı müzakirə ediblər. Bu layihələrin praktiki şəkildə həyata keçirilməsi iki ölkə arasında gələcəkdə 2 milyard dollara çatdırılması təklif edilən ticarət dövriyyəsini artıracaq”, – deyə mətbuat xidmətindən bildiriblər.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/aqilbey-ceferov-ve-esger-mamin-ikiterefli-emekdasligi-muzakire-edibler
Həmçinin bax: kafkazh.com/ozbek-sair-sovket-rehmanin-seirleri

Translate »