Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətlərinin topoqrafik işçi qruplarının növbəti iclası keçirilib, Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Turaz.org xəbər verir ki, tərəflərin razılığı ilə əldə edilmiş müqavilələrə istinadən dekabrın 1-dən 6-a kimi Qırğızıstanın Batken şəhərində Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan və Tacikistan nümayəndə heyətlərinin topoqrafik işçi qruplarının növbəti iclası keçirilib
İclas zamanı tərəflər ümumi uzunluğu 17.66 km olan Qırğızıstan-Tacikistan dövlət sərhədinin xəttinin keçidinin təsvir layihəsi tamamlanıb və işlərin davam etdirilməsi məqsədi ilə 2023-cü il üzrə keciriləcək iclasların təqvimini hazırlayıblar.
İclas dost abu-havası və qarşılıqlı anlaşma şəraitində keçirilib.
Növbəti iclas Tacikistan ərazisində keçiriləcək.
Müxbir; Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək