Oktyabr 2, 2022
Qırğızıstan Tacikistan bayraqları

Qırğızıstan və Tacikistan XİN-ləri sərhəddə baş verən insidentlə bağlı danışıqlar aparıblar

 

Bu gün Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri Qulubəyev və Muxriddin arasında dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində yaranmış vəziyyətin nizamlanması üçün danışıqlar aparılıb.

Turaz.org xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən bildirib ki, Qulubəyev sərhəddə yaranan problemlərin müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin zəruriliyini bir daha qeyd edib.

Xəbərdə deyilir ki, qırğızıstanlı nazir sərhəd bölgəsindəki çətin vəziyyətin həlli ilə bağlı tacikistanlı həmkarı ilə daimi əlaqə saxlayır. Qırğızıstan və Tacikistan sərhədində silahlı qarşıdurma növbəti dəfə Tacikistan tərəfi tərəfindən təhrik edilib.

Bu il sentyabrın 8-dən Tacikistan tərəfi öz xüsusi təyinatlılarını Vorux anklavına köçürməyə başlayıb, həmçinin şərti dövlət sərhədi xətti yaxınlığında atəş mövqeləri hazırlayıb. Daha sonra, sentyabrın 14-də səhər saat 08.00-da Tacikistan tərəfi Bulaq-Başı ərazisində odlu silah və minaatanlardan atəşə tutaraq silahlı təcavüz nümayiş etdirib. Nəticədə 10 mülki obyektə ziyan dəyib, 3 yerli sakin, o cümlədən 11 yaşlı uşaq xəsarət alıb. Bu gün, sentyabrın 16-da Tacikistan tərəfi yenidən Qırğızıstanın sərhəd dəstələrini və Qırğızıstan tərəfinin Batken vilayətindəki mövqelərini atıcı silahlardan və qrup silahlarından atəşə tutmağa başlayıb.

Tərcümə:Günay Xankişiyeva

Translate »