Dekabr 9, 2022

Qırğızıstan və Tokio turizm sahəsində əməkdaşlığa maraq göstərir

Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyindən bildirilib ki, Qırğızıstan və Tokio turizm sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

 

 

Turaz.org xəbər verir ki, nazirlik Tokioda Beynəlxalq Turizm “ Expo Japan 2022” -sərgisinin keçirildiyini izah edib. Sərgidə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini – Turizm Departamentinin direktoru Samat Şatmanovun rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti iştirak etmişdir.

Turizm sərgisi çərçivəsində Şatmanov Yaponiya tərəfi ilə bir sıra görüşlər keçirib və aşağıdakı məsələləri qaldırıb:

– Bişkek-Tokio birbaşa reyslərinin açılması.

– Birgə çirkab su təmizləyici qurğu layihəsini nəzərdən keçirilməsi və Yaponiya təcrübəsinin öyrənilməsi. – Qırğızıstanda Yapon üslubunda isti bulaqlar üzrə birgə layihə təşkil etməyin nəzərdən keçirilməsi.

Görüş zamanı Yaponiya tərəfi Qırğızıstan Respublikasına səfərə maraq göstərib, Qırğızıstan və Yaponiyanın turizm assosiasiyaları çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: İlknur Yusifova

Həmçinin bax: https://turaz.org/xarici-isler-naziri-norov-abs-in-yeni-sefiri-conatan-heniki-qebul-edib/

Translate »