Fevral 7, 2023

Qırğızıstan və Türkmənistan arasında bir sıra sənədlər imzalanıb

 

Qırğızıstan və Türkmən liderinin görüşməsi bir sıra ikitərəfli sənədlərin imzalanması ilə nəticələnib.

Turaz.org xəbər verir ki, Qırğızıstan Prezidenti Sədir Cəfərov Türkmənistana rəsmi səfəri çərçivəsində müxtəlif sahələrdə Qırğızıstan-Türkmən ikitərəfli əməkdaşlığının gücləndirilməsinə və inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb.

Qırğızıstan prezidentinin mətbuat xidməti danışıqlar zamanı prezidentlər Sədir Cəfərov və Qurbanqulu Berdiməhəmmədovun payız və qış dövründə Qırğızıstana Türkmənistan qazı və elektrik enerjisi tədarükü, Bişkekdə Qırğızıstan-Türkmən ticarət evinin və İssık-Kul vilayətində beşulduzlu oteli olan bir sağlamlıq kompleksinin inşası kimi bir sıra məsələlərdə, o cümlədən müştərək biznes layihələrini dəstəkləmək üçün nizamnamə kapitalı 100 milyon dollar olan Qırğızıstan-Türkmən İnkişaf Fondunun yaradılması da daxil olmaqla prinsipial razılaşmalar əldə etdiklərini bildirib. Qırğızıstan və Türkmənistan prezidentləri də Birgə Bəyanat imzalayıblar.

Bundan əlavə, aşağıdakı sənədlər imzalanıb:
– Qırğızıstan Nazirlər Kabineti ilə Türkmənistan Hökuməti arasında sənaye kooperativinə dair razılaşma;
– Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ilə Türkmənistanın İdman və Gənclik Siyasəti Nazirliyi arasında gənclər siyasəti sahəsində Anlaşma Memorandumu;
– Qırğızıstanın Ekologiya və İqlim üzrə Dövlət Komitəsi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında ətraf mühitin qorunması sahəsində Anlaşma Memorandumu;
– Qırğızıstan Enerji və Sənaye Nazirliyi ilə Türkmənistan Enerji Nazirliyi arasında Anlaşma Memorandumu;
– Qırğızıstanın Çuy vilayət valisi ofisi ilə Türkmənistanın Mary vilayət administrasiyası arasında əməkdaşlıq memorandumu;
– Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Türkmənistan Prezidenti yanında Dövlət Qulluğu Akademiyası arasında Anlaşma Memorandumu;
– Rəzzaqov adına Qırğızıstan Dövlət Texniki Universiteti ilə Türkmən Dövlət Memarlıq və İnşaat İnstitutu arasında Anlaşma Memorandumu.
– 2021-2025-ci illər üçün Qırğızıstan Fövqəladə Hallar Nazirliyi ilə Türkmənistan Müdafiə Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə Fəaliyyət Planı;
– Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ilə Türkmənistanın İdman və Gənclər Siyasəti Nazirliyi arasında Türkmənistanın Bədən Tərbiyəsi Dövlət Agentliyi ilə Sazişin həyata keçirilməsi üçün 2021-2024-cü illər üçün idman sahəsində fəaliyyət planı
Qırğızıstan Hökuməti və Türkmənistanın Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq üzrə Dövlət Komitəsi və 11 Noyabr 2014-cü il tarixli fəaliyyət planı;
– Qırğızıstan və Türkmənistan Mədəniyyət Nazirləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 11 Noyabr 2014 tarixli Sazişin həyata keçirilməsinə dair 2021-2023-cü illər üçün Fəaliyyət Planı;
– Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə Türkmənistan Dövlət Televiziya, Radio Yayımı və Kinematoqrafiya Komitəsi arasında 2018- ci il 23 Avqust tarixində film istehsalı və yayımı sahəsində ortaq əməkdaşlıq haqqında Sazişdə dəyişiklik və əlavələr edilməsi barədə Protokol;
– Qırğızıstan Nazirlər Kabineti ilə Türkmənistan Hökuməti arasında 2021-2023-cü illər üçün ticarət-iqtisadi əməkdaşlıq proqramı;
– Qırğızıstan və Türkmənistan Xarici İşlər Nazirlikləri arasında 2021-2022-ci illər üçün Əməkdaşlıq Proqramı;
– Qırğızıstan Türkmənistan Hökumətləri arasında vətəndaşların qarşılıqlı səyahətinə dair 6 Mart 2000-ci il tarixli Sazişdə dəyişikliklər və əlavələr edilməsi barədə Protokol.

İmzalanan sənədlər Qırğızıstan və Türkmənistan arasında iqtisadi, elmi, texniki, mədəni və humanitar əməkdaşlığın gücləndirilməsinə, inkişafına, genişləndirilməsinə və uyğunlaşdırılmasına yönəldilib.

Tərcüməçi: Həmidə İskəndərova

Translate »