Dekabr 5, 2022
Qırğızıstan

Qırğızıstan Xarici İşlər naziri və KTMT Baş katibi regional təhlükəsizliyi müzakirə ediblər

Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat verir ki, Xarici Işlər naziri Jeenbek Kulubayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Katibi Stanislav Zası qəbul edib.

Turaz.org bildirir ki, iclas zamanı regional təhlükəsizlik, KTMT-nın fəaliyyətinin inkişaf etdirilməsi, müasir dəyişiklikləri və təhlükələri nəzərə almaq, eləcə də Xarici İşlər Nazirlər Şurasının, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şuraları Katibləri Komitəsi və KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasının birgə iclasının hazırlıqları müzakirə edilib.

Bölgədəki vəziyyəti vurğulayan Kulubayev möhtərəm qonağa Qırğızıstan-Tacikistan dövlət sərhədindəki vəziyyət barədə məlumat verib. O qeyd edib ki, Tacikistanın qanunsuz hərəkətləri iki ölkə arasında ikitərəfli və çoxtərəfli razılaşmalara zidd olan təcavüzkar və sabitliyi pozan hərəkətdir.

Nazir vurğulayıb ki, Qırğızıstanın iki ölkə arasında bütün məsələlərin sırf siyasi və diplomatik yollarla həll edilməsi zərurəti ilə bağlı dəyişməz mövqeyi sayəsində vəziyyətin sabitləşdirilməsinə yönəlmiş razılaşmaların əldə olunması mümkün olub.

Xarici İşlər naziri KTMT-a üzv dövlətlərin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən işçi görüşündə əldə edilmiş Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti stabilləşdirməyə yönəlmiş razılaşmaların həyata keçirilməsi üçün KTMT-nın mövcud mexanizmlərinin tezliklə işə salınmasının vacibliyini qeyd edib

Kulubayev Qırğızıstan Respublikasının maraqları nəzərə alınmaqla, KTMT çərçivəsində bütün sahələrdə səmərəli və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Translate »