Qırğızıstan Xarici İşlər nazirinin müavini Aybek Moldoqaziyev Kanadanın Qırğızıstandakı səfiri Alan Hemson ilə görüşüb.
Turaz.org Qırğızıstan Xarici İşlər nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, iclas zamanı iki ölkə arasında ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər ikitərəfli əməkdaşlığın reallaşdırılmamış potensialının mövcudluğunu qeyd edərək, iqtisadi xarakterli layihələrin təşviqi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində konkret işlərin görülməsi barədə razılığa gəliblər.
Kanadanın səfiri Hemson Qırğızıstan-Kanada əməkdaşlığının mədəni-humanitar sahədə intensivləşdirilməsi çərçivəsində Qırğızıstan və Kanada ali təhsil müəssisələrinin tələbələri arasında mübadilə təşkil etməyi təklif edib.
Nazir müavini Moldoqaziyev Kanada səfirini Tacikistanın Qırğızıstana qarşı son hərbi təcavüzü barədə məlumatlandırıb. O, Tacikistan tərəfinin hərbi əməliyyatları barədə ətraflı məlumat verib, Qırğızıstan tərəfinin hər zaman sərhəd münaqişələrinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Görüş zamanı Qırğızıstan Respublikası vətəndaşları üçün viza müraciətlərinə baxılması prosedurunun sadələşdirilməsi məsələləri də müzakirə olunub.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova
Son Xəbərlər
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı