Sentyabr 30, 2022
Görüş

Qırğızıstan XİN-i Qulubəyev sərhəddəki Tacik təcavüzü ilə əlaqədar Blinkenə məlumat verib

Qırğızıstanın xarici işlər naziri Cinbek Qulubəyev dünən Nyu-Yorkda ABŞ-ın Dövlət Katibi Antoni Blinken ilə görüşüb.

Turaz.org Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Qulubəyev Qırğızıstan-Tacikistan sərhədində baş verən hadisələrlə bağlı dövlət katibinə məlumat verib.

Blinken isə öz növbəsində Qırğızıstan-Tacikistan dövlət sərhədindəki vəziyyətlə bağlı öz dərin narahatlığını bildirib və diplomatik səylərlə sülh və sabitliyə nail olmağın əhəmiyyətini qeyd edib.

Görüşdə tərəflər Qırğızıstan və ABŞ arasındakı əməkdaşlığın həm ikitərəfli gündəlik və regional platformalarda, eləcə də Mərkəzi Asiya və ABŞ vasitəsilə möhkəmləndirməyin ayrı-ayrı məsələləri də müzakirə ediblər.

Translate »