İyun 8, 2023

Qırğızıstan XİN və Çin səfiri ticarət və iqtisadi məsələləri müzakirə edib

Qırğızıstan Xarici İşlər Naziri Jeenbəy Qulubayev və Çinin Qırğızıstandakı səfiri Du Dewen ticarət və iqtisadi məsələləri müzakirə edib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat verib.

Turaz.org xəbər verir ki, hər iki tərəfin gündəliyindəki əsas məsələlər, ticarət və iqtisadi əməkdaşlığın intensivləşməsi, Çin hökümətindən qrant vəsaitləri hesabına infrastruktur layihələrinin həyata keçirilməsi barədə fikir mübadiləs aparılıb. Tərəflər həmçinin çoxtərəfli formatda əməkdaşlıq məsələlərini, eyni zamanda əhəmiyyətli ikitərəfli tədbirlərin keçirilməsi üçün planları da müzakirə ediblər.

Qulubayev Çinin dəniz limanlarında Qırğızıstan yükdaşıyıcılarının yüklərinin boş qalması, Qırğızıstan və Çin arasında müntəzəm yük axınını təmin etmək üçün keçid məntəqələrinin optimallaşdırılması ilə bağlı problemləri qeyd edib.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/qirgizistanda-gun-erzinde-3-zelzele-bas-verib/

Translate »