Dekabr 9, 2021

Qırğızıstanda 112 yeni COVID-19- a yoluxma faktı qeydə alınıb

Qırğızıstanın səhiyyə orqanları çərşənbə axşamı 112 yeni koronavirusa yoluxma faktını qeydə alıb.

Turaz.org xəbər verir ki, COVID-19-la Mübarizə üzrə Respublika Qərargahı bildirib ki, 18 mart 2020-ci ildə ilk yoluxma halının aşkarlanmasından bu yana Qırğızıstanda ümumi yoluxma sayı 180741 nəfərə çatıb.

Daha 99 Qırğızıstanlı xəstəlikdən sağalıb, sağalanların ümumi sayı 175196 nəfərə çatıb. Qırğızıstanda son 24 saat ərzində virusla əlaqəli 3 ölüm halı qeydə alınıb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 2658 nəfərə çatıb.
Hazırda 680 koronavirus xəstəsi xəstəxanalarda, 687 Qırğızıstan vətəndaşı isə evdə müalicə alır.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/rusiya-qirgizistan-ucun-12-milyon-dollar-deyerinde-koronavirus-peyvendi-alacaq
Həmçinin bax: kafkazh.com/amisler

Translate »