İyun 3, 2023

Qırğızıstanda Amerika şirkətlərinin françayzinqlərinin açılması imkanları mövzusu müzakirə olunacaq

Çərşənbə axşamı, oktyabrın 25-də Bişkekdə yerli sahibkarların ABŞ şirkətlərinin nümayəndələri ilə görüşü keçiriləcək

Turaz.org Milli İnvestisiya Agentliyinin mətbuat xidmətinə istinadən bildirir ki, tərəflər KFC və Coca-Cola nümunəsində Qırğızıstanda digər şirkətlərin françayzinqlərinin açılması imkanlarını müzakirə edəcəklər.

Bu məsələ Agentliyin direktoru Umbriel Temirəliyevin Amerika-Qırğızıstan Biznes Şurasının icraçı direktoru Yelena Son ilə görüşündə ilkin müzakirə edilib. Söhbət zamanı Amerika şirkətlərinin Qırğızıstandakı investisiya layihələrində maraqlı olduqlarını və hazırda Qırğızıstanın rəqabət mühitinin və əmtəə bazarının təhlili ilə məşğul olduqları bildirilib. Agentliyin rəhbəri qeyd edib ki, Qırğızıstan “Coca-Cola” və “KFC” kimi dünya françayzinqlərinin təqdim olunduğu ölkələrdən biridir və bu, respublikanın iqtisadi potensialını təsdiqləyir.

“Biz Qırğızıstan sahibkarlarına sağlam rəqabətin inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək tanınmış françayzinq şirkətlərini seçmək imkanı vermək istərdik. Bu, şübhəsiz ki, ölkənin iqtisadiyyatına və sosial səviyyəsinə müsbət təsir göstərəcək”, – Temirəliyev bildirib.

Tərəflər yerli sahibkarların Amerikanın iri şirkətləri ilə əməkdaşlıq qurması üçün istənilən məsələlərin həllinə köməklik göstərməyə razılaşıblar. ABŞ-Qırğızıstan Biznes Şurası General Electric və AGCO, Baker & McKenzie LLP kimi ən böyük şirkətlər tərəfindən təsis edilib. Qırğızıstan Respublikası ilə ABŞ arasında ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək və ölkəyə Amerika investisiyalarını cəlb etmək üçün birləşərək Şura yaradılıb.

 

Müxbir: Aytac Cəfərov

Tərcüməçi: Günay Xankişiyev

Həmçinin bax: https://turaz.org/qirgizistanin-cenubunda-kicik-miqyasli-zelzele-bas-verib/

Translate »