Oktyabr 23, 2021

Qırğızıstanda Əfqanıstan vətəndaşlarına viza verilməsinə müvəqqəti məhdudiyyətlər qoyulub

Qırğızıstan Əfqanıstan vətəndaşlarına viza verilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edir.

Turaz.org xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qırğızıstan Əfqanıstan vətəndaşlarına viza verilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Əfqanıstan İslam Respublikasındakı qeyri-sabit hərbi-siyasi vəziyyət nəzərə alınmaqla, arzuolunmaz şəxslərin Qırğız Respublikası ərazisinə girməməsi, sığınacaq axtaranların kütləvi şəkildə girməsinin qarşısını almaq üçün ölkəyə müvəqqəti məhdudiyyətlər qoyulub.

Diplomatik və xidmət vizalarının (diplomatlar və rəsmi nümayəndə heyətlərinin üzvləri) istisna olmaqla, Əfqanıstan vətəndaşlarına viza verilməsi qeyd edilib. Həmçinin, Əfqanıstan vətəndaşları olan tələbələrə viza verilməsi hazırda təsdiq mərhələsindədir.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistan-prezidenti-yay-olimpiya-oyunlarinin-istirakcilarini-mukafatlandirib
Həmçinin bax: kafkazh.com/rett-sindromu

Translate »