Dekabr 5, 2021

Qırğızıstanda gələn həftə qış turizm mövsümü açılacaq

Qırğızıstanda 2021-2022 qış turizm mövsümünün rəsmi açılış mərasimi noyabrın 27-də Karakol xizək bazasında keçiriləcək, bu barədə cümə axşamı Turizm Departamentinin mətbuat xidməti bildirib.

Turaz.org xəbər verir ki, mərasim İsveçrənin qış turizminin davamlı inkişafı layihəsi və yerli tərəfdaşlar tərəfindən dəstəklənir.

Belə ki, qış mövsümünün açılışı çərçivəsində xizək və snoubord həvəskarları üçün yarışlar, həmçinin xizək idmanı üzrə ustad dərsləri, istirahət edənlər arasında müxtəlif yarışlar, lotereyalar, yerli incəsənət ustalarının iştirakı ilə konsert proqramı və bir çox maraqlı tədbirlər təşkil olunacaq.

Noyabrın 28-də uşaqlar və böyüklər üçün müxtəlif əyləncəli oyunlar və müsabiqələr keçiriləcək.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistan-mdb-tehlukesizlik-suralari-katiblerinin-moskvada-kecirilen-iclasinda-istirak-edib
Həmçinin bax: kafkazh.com/isimin-hallari

Translate »