Noyabr 28, 2021

Qırğızıstanda külək və günəş elektrik stansiyaları yaradılacaq

Qırğızıstan Prezidenti Sədir Cəfərov Bişkekdə keçirdiyi mətbuat konfransı zamanı, bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı aktiv danışıqlar aparıldığını söyləyib.

Turaz.org xəbər verir ki, “Balıkçı şəhərində külək elektrik stansiyalarının inşası ilə bağlı investorlar ilə danışıqlar aparılır, artıq 100 hektar torpaq sahəsi ayrılıb. Ölkədə kiçik su elektrik stansiyaları da tikiləcək” deyə prezident bildirib.

Bundan başqa, energetika naziri Doskul Bəymirzəyev bildirib ki, Toktoqul su anbarında güzgülü günəş panellərinin quraşdırılması ilə bağlı danışıqlar aparılır.

Tərcümə edən: Şirinzadə Aliyə

Həmçinin bax: https://turaz.org/tacikistanla-serhed-delimitasiya-ve-demarkasiya-proseduru-basa-catdiqdan-sonra-aciq-olacaq/

Translate »