Senyabrın 8-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində MDB ölkələrinin Daxili İşlər Nazirliyinin rəhbərlərinin iclası keçiriləcək.
Turaz.org xarici KİV-ə istinadən xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın daxili işlər nazirləri iştirak edəcək.
Onlar Birlik ölkələrində cinayətkarlıqla mübarizə üzrə birgə tədbirləri müzakirə edəcəklər.
Tədbirdə Azərbaycanı DİN başçısı Vilayət Eyvazovun təmsil edəcəyi gözlənilir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib