Oktyabr 23, 2021

Qırğızıstanda parlament seçkiləri keçiriləcək

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK), xaricdə yaşayan və ya olan qırğızların 28 Noyabrda Coqorku Keneş’də (Qırğızıstan Parlamenti) keçiriləcək seçkilərdə səsvermə hüquqlarından istifadə etməsi üçün xaricdə 57 sandıq qurmağa qərar verib.

Turaz.org ölkədən xaricdə açılan sandıqların siyahısını təqdim edir.

Beləliklə, Qırğızıstanın Rusiyadakı Səfirliyində, Qırğızıstanın Yekaterinburqdakı Baş Konsulluğunda, Qırğızıstanın Novosibirsk Baş Konsulluğunda, Qırğızıstanın Ukrayna, Belarusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Kanada, Qırğızıstan, Böyük Britaniya, İsveçrə, Belçika, Avstriya, Almaniya, Türkiyə, Qırğızıstanın İstanbuldakı Baş Konsulluğu, Qırğızıstanın Çin, Yaponiya, Koreya Respublikası, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt Dövləti, Birləşmiş Ərəb Əmirlikləri Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İran, Pakistanda, İtaliyada, Fransada, eləcə də Nyu -York, Tomsk, Krasnodar və Çikaqo şəhərlərindəki səfirliklərində sandıqlar açılıb.

Qırğızıstanda Parlament seçkiləri 2021-ci il noyabrın 28-də keçiriləcək.

“Qırğız Respublikası Prezidentinin və Qırğızıstan Respublikası Coqorku Keneş Deputatlarının Seçkiləri haqqında” Konstitusiya Qanununa edilən dəyişikliklərə görə, parlament seçkilərinin qarışıq seçki sistemi ilə keçirilməsi nəzərdə tutulur.

Beləliklə, Coqorku Keneşdən 54 millət vəkili nisbi sistemlə, 36 millət vəkili çoxluq sistemi üzrə seçiləcək.

Qırğızıstan MSK-nın məlumatına görə, 28 noyabr parlament seçkiləri üçün seçicilər siyahısında 3.686.921 ilkin seçici qeydə alınıb.

Tərcümə edən: Gülgün Novruzova

Həmçinin bax:https://turaz.org/urmambetov-ile-rudolf-hykl-arasinda-gorus-kecirilib/

Translate »