Sentyabr 25, 2022

Qırğızıstanda sentyabrın 19-u milli matəm günü elan edilib

Qırğızıstan prezidenti Sədir Cəfərov sentaybr ayının 19-unu milli matəm günü elan edilməsi ilə bağlı qərar imzalayıb. Bu barədə onunu mətbuat xidməti məlumat verib.

Turaz.org xəbər verir ki, sentaybr ayının 14-dən 17-ə kimi Batken vilayətinin Qırğızıstan-Tacikistan sərhəd hissəsində baş verən silahlı toqquşma Qırğızıstan vətəndaşlarının ölümü ilə nəticələnib.

Qırğızıstan-Tacikistan sərhədindəki münaqişələr sentyabr ayının 14-də başlayıb.

Tacikistan Batken vilayətində dövlət sərhədinin perimetri boyunca Qırğızıstanın sərhəd mühafizəsi və mülki infrastruktur obyektlərinə hücum edib. Tacikistan Qırğızıstan Respublikasının ərazisini zəbt etmək üçün ağır zirehli maşınlardan, çox lüləli raket sistemindən (MLRS) və təyyarələrdən istifadə edib.

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, tacik hərbçiləri zastavaların infrastrukturunu, həmçinin məktəbləri, uşaq bağçalarını, ticarət obyektlərini, təcili tibbi yardım məntəqələrini və evləri dağıdıblar. Onlar millətçi şüarlar səsləndirərək küfr nümayiş etdirərək postda həlak olan Qırğızıstan Respublikasının sərhədçilərinin cəsədlərini ələ salıblar.

Hücum nəticəsində 36 nəfərin dünyasını dəyişdiyi, 134 nəfərin isə yaralandığı bildirilir. Batken vilayətində fövqaladə rejim elan edilib.

Müxbir: Cəfərova Aytac
Tərcümə: Nigar Yusubova

Həmçinin bax: turaz.org/azerbaycan-ve-turkiye-mudafie-nazirleri-arasinda-telefon-danisigi-olub
Həmçinin bax: kafkazh.com/qorqud-toponimi-haqqinda-3-fikir

Translate »