Qardaş ölkə Qırğızıstanın paytaxtı Bişkek şəhərində xarici ölkələrin səfirlikləri önündə mitinq keçirmək qadağan edilib.
Turaz.org xəbər verir ki, qadağaya münasibət bildirib Prezident Sədir Cəfərov vətəndaşları anlayışlı olmağa çağırıb. O: “Səfirlik əraziləri, inzibati binalar həmin ölkələrin ərazisi sayılır. Bizim də digər ölkələrdə səfirliklərimiz var. Səfirlikləri narahat etməyək. Mitinqlər üçün meydanlar var.”-deyib.
Qeyd edək ki, daha əvvəl Qırğızıstanda Rusiya və Ukrayna leyhinə mitinqlər qadağan edilmişdi.
Son Xəbərlər
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Rusiya Finlandiya və İsveçi hədələyib
Ukrayna ordusunun batalyonu Xarkovda Rusiya ilə sərhədə çatıb