Noyabr 27, 2021

Qırğızıstanda yaşıl iqtisadiyyat günləri keçirilir

Regionların nümayəndələrini yaşıl iqtisadiyyatın təşviqinə fəal cəlb etmək məqsədilə Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi 2021-ci ildə Qırğızıstanda Yaşıl İqtisadiyyat Günlərinin keçirilməsini elan edib.

Turaz.org xəbər verir ki bu təşəbbüs sentyabr ayında başlayıb və 2021-ci ilin noyabr ayının sonuna qədər davam edəcək. O, ölkənin bütün maraqlı regionlarını əhatə edəcək və Bişkekdə keçiriləcək Yaşıl İqtisadiyyat Forumu 2021 ilə yekunlaşacaq.

Yaşıl İqtisadiyyat Günləri davamlı özəl sektorun inkişafına diqqət yetirəcək:
– yaşıl texnologiyaya biznes uğuru;
– biznes üçün davamlı maliyyələşməyə çıxış;
– innovativ metodlar və texnologiyalar üzrə yaşıl enerji və insan resurslarına çıxış ;
– yerli və beynəlxalq bazarlara çıxış.

Təşəbbüs çərçivəsində Qırğızıstan Respublikasında Yaşıl İqtisadiyyatın İnkişaf Proqramında əksini tapmış sahələr üzrə (davamlı kənd təsərrüfatı, dayanıqlı turizm, təbii ekosistemlər, yaşıl enerji və s.) müxtəlif fəaliyyətlər təşkil olunacaq.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/suriyada-bir-nece-terrorcu-mehv-edilib
Həmçinin bax: kafkazh.com/hun-qerbi-roma-munasibetleri-ve-katalaun-doyusu

Translate »