Oktyabr 20, 2021

Qırğızıstanda yoxsulluq səviyyəsi 37,3 % azalıb

Qırğızıstanda yoxsulluq səviyyəsi 2000 -ci illə müqayisədə 37,3% azalıb.

Turaz.org xəbər verir ki, Qırğızıstanda Milli Statistika Komitəsinin “Qırğız Respublikasının Müstəqilliyinin 30 ili” adlı tərtibatı, 2000-ci illə müqayisədə Qırğızıstanda yoxsulluğun 25,3% və 37,3% azaldığını göstərib.

Sənədə görə, respublika əhalisinin rifahı 5016 ev təsərrüfatının büdcəsinin vahid seçmə sorğusu əsasında ölçülür. Sorğunun nəticələri göstərir ki, istehlak xərcləri əsasında hesablanan yoxsulluğun səviyyəsi 2020-ci ildə ümumilikdə ölkədə 25,3% idi və 2000-ci illə müqayisədə 37,3 % azalıb.

2020-ci ildə adambaşına düşən birdəfəlik gəlirləri illik 67 504,22 KGS idi və 1995-ci illə müqayisədə 37,3 dəfə artıb.

2020-ci ildə əhalinin əsas pul gəlirləri əmək fəaliyyətindən əldə edilən gəlirlərin payı 67,4%, şəxsi köməkçi təsərrüfatlarda istehsal olunan kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlirlər 11,9% və 16,7 % sosial transfertlərdən əldə olunan gəlirlərdir.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/sedir-ceferov-diqqeti-aib-cercivesinde-en-tecili-telimatlara-yoneldir
Həmçinin bax: kafkazh.com/orqanogenez

Translate »