Fevral 3, 2023

Qırğızıstandan 80 nəfər tibb bacısı Almaniyaya təcrübə proqramlarına göndərilib

Qırğızıstanın Almaniyadakı səfiri Omurbəy Tekebayev aprel ayının 2-də Berlində əməkdaşlığın gələcək inkişafı barədə müzakirələrin getdiyi dövrdə alman EDUVİSO şirkətinin rəhbəri Torsten Svoboda ilə görüşüb.

Qırğızıstan Respublikasının Xarici İşlər naziri Turaz.org-a bildirib ki, Svobodaya şirkətin fəaliyyəti barədə məlumat verib və Qırğızıstanın bir sıra tibb kollecləri ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildən etibarən ixtisas və alman dili üzrə məqsədyönlü kadr hazırlığı həyata keçirilir- deyə, bildirib.

Təxminən 80 Qırğızıstan tibb bacısı tələbəsi, sonradan Almaniyada təcrübə keçəcək və işlə təmin ediləcək. 2022-ci ildə bu proqramın ilk məzunları Almaniyaya təcrübə proqramı üçün yola düşəcəklər.

Səfir Omurbek Tekebayev Qırğızıstanda Almaniyanın əmək bazarında tələbat olacaq, alman dilini bilən rəqabətə tab gətirən tibb bacılarının hazırlanmasına yönəlmiş bu sistemli işin əhəmiyyətini qeyd edib və Qırğızıstanın EDUVİSO şirkətinin buradakı fəaliyyətini hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

O, həmçinin səfirlik tərəfindən Almaniya tərəfi ilə Qırğızıstan Respublikasında təşkil olunmuş təlimlərin öyrənilməsi, alman dilini, digər ixtisas və peşələri bilən ixtisaslı mütəxəssislərin Almaniyaya cəlb olunması barədə məlumat verib.

Svoboda bildirib ki, yaxın vaxtlarda Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyi yanında Vətəndaşların Xaricdə Məşğulluq Mərkəzi ilə Almaniyanın EDUVISO şirkəti arasında sıx əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün sazişin imzalanması planlaşdırılır.

Tərcümə: Yusubova Nigar
Həmçinin bax: turaz.org/sedir-ceferov-biskekde-bayram-namazi-qilib
Həmçinin bax: kafkazh.com/sekspirin-hamleti-ve-antik-edebiyyat

Translate »