Noyabr 29, 2022

Qırğızıstanın Gömrük Xidmətinin rəhbəri Qırğızıstanın Çindəki səfiri ilə görüşüb

Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin (DGX) Mərkəzi Aparatında DGX-nın sədri Samat İsabəyov ilə Qırğız Respublikasının Çin Xalq Respublikasındakı səfiri Akdilək Musayeva arasında görüş keçirilib. Görüş zamanı Çin Xalq Respublikası ilə qurumlararası əməkdaşlığın aktual və problemli məsələləri, o cümlədən Qırğızıstan-Çin sərhədində buraxılış məntəqələrinin fəaliyyəti, eləcə də gömrük sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinin perspektivləri müzakirə olunub.

Müxbir: Aytac Cəfərov

Tərcüməçi: Günay Xankişiyev

Həmçinin bax: https://turaz.org/qazaxistan-bas-naziri-mdb-olkeleri-emekdasliq-ucun-yeni-istiqametler-axtarir/

Translate »