May 16, 2022

Qırğızıstanın kənd təsərrüfatı sektoru dövlət dəstəyi alacaq

Qırğızıstan Nazirlər Kabinetinin sədri Aqilbəy Cəfərov yerli emal müəssisələrinin nümayəndələri ilə görüşüb. Bu barədə çərşənbə günü Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Turaz.org xəbər verir ki, görüşdə ərzaq təhlükəsizliyi, aqrar sahəyə dövlət dəstəyi və antiböhran tədbirlərinin inkişafı sahəsində aktual məsələlər müzakirə olunub.

Nazirlər Kabinetinin sədri ət məhsulları mal-qara və xırdabuynuzlu heyvanlar, quş əti, balıq, süd məhsulları, un, şəkər, bitki yağı, tərəvəz və meyvələr daxil olmaqla, 9 klaster üzrə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini qeyd edib.

“Biz güzəştli kreditləşmə və maliyyələşdirmə, lizinq yolu ilə klasterlərin inkişafı yolu ilə aqrar-sənaye kompleksinə lazımi dəstəyi göstərməyi qarşımıza məqsəd qoymuşuq. Dövlət bankları, Rusiya-Qırğızıstan İnkişaf Fondu, Zəmanət Fondu ASC-nin artırılması, ölkənin əsas ərzaq məhsullarına olan tələbatını ödəməsi üçün müvafiq maliyyə vəsaiti ayrılacaq. Ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün həftəlik işçi görüşlər keçirməyə hazıram”, – deyə Aqilbəy Cəfərov bildirib.

Nazirlər Kabineti “Kənd təsərrüfatının maliyyələşdirilməsi” layihəsini təsdiq edib, ona əsasən, “Ayıl Bank” və “RSK Bank” ASC güzəştli kreditlər və maliyyələşdirmə üçün, o cümlədən İslam prinsiplərinə uyğun olaraq 10 milyard manat ayırıb.

Müşavirənin yekunu olaraq aqrar sahəyə dövlət dəstəyi məsələlərinin daha da işlənib hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarına bir sıra tapşırıqlar verilib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgiz-turkmen-inkisaf-fondunun-acilmasini-suretlendirmeyi-teklif-edilib
Həmçinin bax: kafkazh.com/babek-ve-xurremiler-haqqinda-qaynaqlar

Translate »