Noyabr 28, 2022
Qırğızıstan

Qırğızıstanın mədəniyyət naziri dəyişdi

Qırğızıstan Prezidenti Sədir Cəfərovun imzaladığı sərəncama əsasən, keçmiş nazir Azamat Camanqulov özünün yazılı müraciətinə əsasən Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri vəzifəsindən azad edilib.

Turaz.org bildirir ki, prezident Cəfərov mövzu ilə bağlı daha bir sərəncam imzalayıb. Həmin sərəncama əsasən, Altınbəy Maksudov mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri təyin edilib. Altınbəy Maksudovun namizədliyi Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri vəzifəsinə təyin olunmaq üçün Ali Şuranın təsdiqinə təqdim olunacaq.

Translate »