Dekabr 9, 2021

Qırğızıstanın səhiyyə naziri Türkiyədə beynəlxalq konfransda iştirak edib

Qırğızıstanın səhiyyə naziri Alimqədir Bəyşenaliev Antalyada (Türkiyə) keçirilən “HIMSS EURASIA 2021” rəqəmsallaşma üzrə beynəlxalq konfransda iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Turaz.org-a bildirilib ki, Qırğızıstanın səhiyyə naziri Türkiyədə səhiyyə sisteminin rəqəmsallaşdırılması sahəsində əldə olunan nailiyyətlərlə tanış olub. Konfrans çərçivəsində digər ölkələrin səhiyyə nazirləri ilə yanaşı, Alimqədir Beyşənəliyev də çıxış edib.

Nazir çıxışında Türkiyənin səhiyyə naziri Fəxrəddin Kojdu və komandasına, eləcə də EXPOTURK şirkətinə səmimi qəbula və rəqəmsal tibbin müasir nailiyyətləri sərgisinin təşkilinə görə təşəkkür edib.

“Rəqəmsallaşma sahəsində texnologiyalar insan həyatının bütün sahələrində, o cümlədən səhiyyədə inkişaf edir. Mövcud pandemiya səhiyyənin rəqəmsallaşmasının inkişafının sürətlənməsinin başqa bir səbəbi oldu. Ənənəviləşmiş illik HIMSS EURASIA konfransı bizə tibb və əczaçılıq sahələrində texnologiyanın nailiyyətlərini praktiki olaraq görmək imkanı verir. Türkiyə Səhiyyə Nazirliyinin bu ölkənin bütün bölgələrində açılan şəhər xəstəxanaları rəqəmsallaşmanın bütün nailiyyətlərinin həyata keçirildiyi platformalardır. Türkiyə yüksək səviyyəli HIMSS EURASIA 2021 konfransını təşkil etməklə tibb və əczaçılıq sahəsində əldə etdiyi nailiyyətləri bölüşür və eyni zamanda nümunə göstərir ki, biz yalnız birlikdə çalışmaqla çətinlikləri dəf edə və “Sağlam həyat tərzinin təmin edilməsi və istənilən yaşda hamı üçün rifahı təşviq etməklə davamlı inkişaf məqsədinə nail ola bilərik ”, – deyə Bəyşenəliyev bildirib.

Hər il keçirilən konfransın əsas məqsədi səhiyyənin rəqəmsallaşdırılması və əczaçılıq sahəsində mütəxəssisləri bir araya gətirmək, o cümlədən qlobal və Türkiyə şirkətlərinin iştirakı ilə səhiyyənin rəqəmsallaşdırılması sahəsində nailiyyətlər haqqında məlumat verən sərgi keçirməkdir. Panel sessiyalarında müxtəlif ölkələrin rəqəmsallaşma, fərdi məlumatların qorunması və s. sahəsində əldə etdiyi nailiyyətlər müzakirə olunub.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/erdoganla-israil-prezidenti-arasinda-telefon-danisigi-olub
Həmçinin bax: kafkazh.com/essar-tebrizinin-heyat-ve-yaradiciligi

Translate »