Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Qırğızıstanın Türkiyədəki səfirliyi Ankarada OSTİM Texniki Universitetinin təşkil etdiyi Beynəlxalq Mədəniyyət Günü tədbirində iştirak edib.
Turaz.org xəbər verir ki, tədbirdə səfirlik tərəfindən milli mədəniyyət nümunələrinin, müxtəlif kitabların, ölkə, onun tarixi və turizm potensialı haqqında məlumatlandırıcı materiallar nümayiş olunan stend təşkil edilib.
Tədbirdə universitetin rektoru, səfirlər və Ankaradakı diplomatik nümayəndəliklərin təmsilçiləri, o cümlədən dövlət qurumlarının digər nümayəndələri çıxış ediblər.
Belə ki, Qırğızıstanın Türkiyədəki səfiri Kubanyçbek Omurəliyev qırğız xalqının və ölkəsinin 2300 ildən artıq tarixə malik olduğunu vurğulayaraq, gənclərin müxtəlif ölkələrin mədəniyyəti və tarixi ilə bağlı maarifləndirilməsi və marağını artırmaq üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
O, Qırğızıstanın turizm imkanlarından danışıb, iştirakçıları ölkəyə səfərə dəvət edib.
Çıxışın sonunda Qırğızıstan haqqında videoçarx nümayiş olunub.
Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Aytac Qarayeva
Son Xəbərlər
Goranboyda qəza olub, xəsarət alanlar var
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Buraxılış imtahanlarının nəticələri açıqlanıb