Oktyabr 24, 2021

Qırğızıstanla Tacikistan arasında sərhədlə bağlı protokol imzalanıb

Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə topoqrafik işçi qrupları protokol imzalayıblar.

Turaz.org xəbər verir ki, Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə topoqrafik işçi qrupları protokol imzalayıblar.

Tərəflərin əldə etdiyi razılığa əsasən, 2021 -ci il 16-22 avqust tarixində Qırğızıstan Respublikasının Batken vilayətinin İsfana şəhərində Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətlərinin delimitasiya və demarkasiya üzrə topoqrafik işçi qruplarının növbəti iclası keçirilib. Sənəddə Qırğızıstan-Tacikistan dövlət sərhədinin saxlanıldığı bildirilir.

Görüşdən sonra müvafiq Protokol imzalanıb.

Tərəflər növbəti görüşün Tacikistan ərazisində keçirilməsi barədə razılığa gəliblər.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/biskekde-fransa-alman-medeniyyet-institutu-acilacaq
Həmçinin bax: kafkazh.com/abulomaniya-kompulsiv-qerarsizliq

Translate »