Sentyabr 28, 2022

Qırğızıstanlılar Tacikistanın işğalına ABŞ-ın böyük şəhərlərində etiraz edirlər

ABŞ-da yaşayan qırğızıstanlar Tacikistanın Qırğızıstana hücumu ilə əlaqədar aksiya keçiriblər.

Turaz.org xəbər verir ki, aksiya zamanı həmvətənlər Tacikistanı öz silahlarını yerə qoymağa və münaqişəni sülh yolu ilə həll etməyə çağırıblar.

Sentaybr ayının 14-də Tacikistan Qırğızıstanın sərhəd zastavaları və kəndlərinə hücum edərək silahlı təcavüz nümayiş etdirmişdir. Sentyabr ayının 16-da Tacikistan əldə edilmiş bütün razılaşmaları pozaraq, yenidən Batken vilayətinin bütün Tacikistan-Qırğızıstan sərhəd hissəsi boyunca sərhəd və mülki obyektlərə hücum etmişdir. Tacikistan Qırğızıstan ərazisini ələ keçirmək üçün ağır zirehli texnikadan, çox lüləli raketatan sistemi və hava gəmilərindən istifadə edib.

Səhiyyə Nazirliyindən əldə edilən son məlumata görə, Qırğızıstandan 129 bəfər yaralanmış və 36 nəfər dünyasını dəyişmişdir. Aralarında uşaqlar da var.

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, Tacikistan ordusu zastavaların, eləcə də məktəblərin, bağçaların, pərakəndə satış məntəqələrinin, təcili tibbi yardım məntəqələrini və evlərin infrastrukturunu dağıdıblar. Onlar millətçi şüarlar səsləndirərək küfr nümayiş etdirərək postda həlak olan Qırğızıstan Respublikasının sərhədçilərinin cəsədlərini ələ salıblar.

Sentyabr ayının 17-si səhər saatlarından atəşkəs müqaviləsini pozaraq yenidən Tacikistan Qırğızıstan kəndlərini minaatanlarla atəşə tutub. Batken vilayətində fövqəladə rejim elan edilib. Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin son məlumatına istinadən sentyabr ayının 17-dən 18-ə keçən gecə Qırğızıstan-Tacikistan sərhədində sakit keçib amma vəziyyət hələ də gərgin olaraq qalır.

Müxbir: Aytac Cəfərova
Tərcümə: Nigar Yusubova

Həmçinin bax: turaz.org/qirgizistanda-sentyabrin-19-u-milli-matem-gunu-elan-edilib
Həmçinin bax: kafkazh.com/qaraqoyunlu-dovletinin-etnik-menseyi

Translate »