Oktyabr 3, 2022

Qızıl ucuzlaşıb

 

ABŞ-da illik inflyasiyanın 1981-ci ilin noyabrından sonra ən yüksək göstəricisi fonunda ABŞ dollarının digər valyutalara qarşı bahalaşması dünya bazarlarında qızılın qiymətinin düşməsinə səbəb olub.

Turaz.org birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,52%, yaxud 9,05 dollar ucuzlaşaraq 1 unsiyası 1726,45 dollara satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,8% düşərək 1 unsiyası 19,04 dollar təşkil edib.

ABŞ dolların indeksi 0,43% artaraq 108,42 bəndə çatıb. Bahalı dollar qızılın başqa valyutalarla alış üçün əlçatanlığını azaldır.

ABŞ-da inflyasiya səviyyəsi haqqında statistik göstəricilər birjalara güclü təsir göstərir. Belə ki, iyun ayının yekunlarına görə ABŞ-da illik inflyasiya 9,1% təşkil edib, bu isə 1981-ci ilin noyabr ayından sonra ən yüksək göstərici hesab olunur.

Müxbir: Əzizə Əlizadə

Translate »