Oktyabr 3, 2022

Qobustanda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Qobustan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qobustan şəhəri ərazisində Bakı şəhər sakini Q.Şahverdiyev idarə etdiyi “Kia” markalı avtomobili Təklə kənd sakini B.Cəbrayılovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə Q.Şahverdiyevin sərnişini, qohumu Aytac Məmmədova hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müxbir: turaz.org xüsusi müxbir Zöhrə Məmmədova

Mənbə:azertag.az
Həmçinin bax:https://kafkazh.com/elxan-elatli-xeste-ruhlar-eserinden/

https://azertag.az/xeber/Zerdabda_6000_tondan_chox_pambiq_yigilmasi_gozlenilir-1566545

Translate »